Elgiz Əkbər: “Uçan boşqab görmüşəm”backend

Elgiz Əkbər: “Uçan boşqab görmüşəm”

Aparıcı Elgiz Əkbər yadplanetliləri gördüyünü iddia edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə ARB-də yayımlanan “Elgizlə izlə” verilişində deyib.

O qeyd edib ki, bağda olanda uçan boşqab görüb:

“Dənizin üstündə idi. Birinci elə bildim ulduzdur, sonra gördüm ki, ulduz deyil. 2 il öncə idi. Dənizin ortasında dayandı, dedim, birdən oradan çıxarlar, gələrlər. İçimdə arzu yarandı ki, onlarla danışım. Sonra bu fikri özümdən qovdum. Çünki telepatiya olur, çox ürəkdən istəyəndə onlarla danışmaq olur. Bu haqda xeyli kitablar oxumuşam. Göyə qalxdı və yox oldu”.

  • afaq
    Fevral 23, 2022 - 18:32

    onun üz ifadəsi və gülüşü başqa bir aləmdir vallah….

afaq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*