“Əli Kərimlinin adamları söyüşü dayandırmaq üçün məndən 20 min avro istəyirdi” – Vitse-spikerbackend

"Əli Kərimlinin adamları söyüşü dayandırmaq üçün məndən 20 min avro istəyirdi" - Vitse-spiker

Milli Məclisin sədr müavini Adil Əliyev müsahibə verib.

KONKRET.az vitse-spikerin unikal.org-a verdiyi müsahibəni təqdim edir:

****

– Radikal müxalifət nümayəndələrinin söyüş siyasəti davam etməkdədir. Ölkədə həyata keçirilən islahatların əhatə dairəsi genişləndikcə xaricdəki havadarlarının tapşırığı ilə Milli Şura və o quruma bağlı olan ayrı-ayrı şəxslər yenidən qara piara başlayıblar. Adil müəllim, xaricdəki bəzi müxalif qüvvələr yenə Sizi hədəf seçiblər. Onların məqsədləri nədir?

– Xaricdə yaşayan soydaşlarımızın mütləq əksəriyyəti vətənə bağlı insanlardır. Xarici ölkələrə mütəmadi səfərlərim zamanı soydaşlarımla görüşür, onlarla fikir mübadiləsi aparıram. Xaricdəki soydaşlarımız hansısa tədbirə məni dəvət edəndə onu da deyirəm ki, fərqli fikirlər irəli sürən soydaşlarımla da dialoq aparmağa hazıram. Belə hallar dəfələrlə olub. Ancaq xarici ölkələrdə kiçik azlıq da var ki, dövlətimizi və hakimiyyətimizi aşağılamağa çalışır, əsl söyüş makinasına çeviriliblər. Onların danışıq üslubu söyüş və təhqirdən ibarətdir. Yaxşı yadımdadır, xarici ölkələrin birində Qarabağla bağlı möhtəşəm tədbir keçirirdik. Həmin söyüş qrupu hətta azərbaycanlıların ümumi dərdi olan Qarabağla bağlı tədbirimizi pozmağa cəhd etdi. Alınmadı. İçəri dəvət etdik, gəlmədilər. Çünki qorxdular ki, zaldakı çoxluq onların təhqirlərinə sərt reaksiya verəcək. Avropanın müxtəlif ölkələrində kök salmış həmin azsaylı söyüş qrupunun məqsədi dəyişməyib. Yaşadıqları ölkədə həyatlarını qurmaq, ordakı cəmiyyətə inteqrasiya olmaq əvəzinə bütün günü internet qarşısında oturub söyüş və təhqir yağdırırlar. Bu ağıldan kasad olanlar düşünürlər ki, söyüşlə nəyəsə nail ola biləcəklər. Məni hər dəfə hədəf seçmələrinin məqsədi də bəllidir. Qeyri-təvazükarlıq olsa da, xaricdəki soydaşlarım arasında kifayət qədər nüfuzum var, üstəgəl parlament sədr müavini kimi mühüm postda çalışıram. Həmin söyüş qrupu yəqin düşünür ki, söyüş və təhqirlə məni yolumdan sapdıra biləcəklər. Nahaq əziyyətdir. Bütün söyüş və təhqirləri özlərinə iadə etdiyimi sosial şəbəkələrdə onların özünə də demişəm. Mən prezidentimə¸ dövlətimə və millətimə sadiq insanam, sona qədər də belə olacam. Söyüş qrupu düşünməsin ki, xaricdə oturublarsa kimi gəldi təhqir edə bilərlər. İnsanı təhqir etmək onların sığınacaq aldıqları ölkədə də ciddi qanun pozuntusu sayılır və bir gün təhqirlərinə və iftiralarına görə yaşadıqları ölkədə də cavab verməli olacaqlar.

– Həmin qrupların bu dəfəki kampansiyası nə ilə bağlıdır?

– Bu illərdə mən həmin qrupun fəaliyyətini izləyərək bu qənaətə gəlmişəm ki, söyüş söyənlər eyni mərkəzdən idarə olunurlar. Həmin mərkəzin başında isə Əli Kərimli dayanır. Bunu demək üçün ciddi əsaslarım var. Birincisi, mənə qarşı iftira atanların mütləq əksəriyyəti Əli Kərimlinin Avropadakı yaxın tərəfdarlarıdır. Onlar əlaqəli şəkildə fəaliyyət göstərirlər. Söyüş və iftira kampaniyasını bir neçə hissəyə bölürlər. Bu dəfə əvvəlcə mənim Avropada yaşayan türklə şəklimi paylaşaraq altından ağızlarına gələni yazdılar. Özüm reaksiya vermədim. Çünki yazdıqları başdan ayağa yalan idi. Sağ olsun, vətənimdəki və xaricdəki dostlarım, söyüş söyənlərin cavabını sosial şəbəkələr üzərindən verdilər. Söyüşçül qrupun mənə qarşı fəaliyyətlərinin sonrakı hissəsi də var idi. Həmin söyüş qrupunun adını çəkmək istəmədiyim “məşhur” nümayəndələrindən biri sosial şəbəkə üzərindən mənə şantaj xarakterli səs göndərdi. Bildirirdi ki, o mənə və hakimiyyətə qarşı söyüş söyməyi və iftira atmağı bir şərtlə dayandırmağa razıdır ki, ona ən azı 20 min avro verilsin. Yəni rüşvət istəyirdi. Ona da əmin oldum ki, söyüş qrupunun nümayəndələrinin internet üzərindən yayınlanan ittira dolu “verilişlərinin” bir məqsədi də var: Proqramlarında artırdıqları söyüş və iftiralar qarşısında hədəf götürdükləri insanlardan tələb etdikləri rüşvətin məbləğini artırmaq. Görürsüz ki, bunlar üçün bəyan etdikləri “idelogiya” əsas deyil. Öz “ideologiyalarını” rüşvət qarşılığında pula satmağa hazırdılar. Aydındır ki, heç kim mənimlə şantaj dilinə danışa bilməz. Ona sosial şəbəkə üzərində sərt cavab verdim və layiq olduğu yerini göstərdim. İndi həmin şəxs məni ağıza gətirilməyəcək söyüşlərlə yenə şantaj edir ki, guya hansısa şəkillər paylaşacaq, ünvanlar yazacaq və s. Mənim telefon nömrəmi də paylaşıb. Qorxacaq və çəkinəcək heç bir hərəkətim olmayıb və yoxdur. Nə edirəmsə, hamısı göz qabağındadır. Prezidentimə və dövlətimə qarşı çıxanlar qarşılarında hər zaman məni və həmkarlarımı görəcəklər.

– Adil müəllim, xaricdəki söyüş qrupunun Əli Kərimli ilə bağlılığı nə dərəcədə gerçəkdir?

– Xaricdəki iftira və söyüş qrupunun Əli Kəirmli və onun partiyasına bağlılığına şübhəm yoxdur. Əli Kərimli son müsahibəsində deyib ki, özü və tərəfdarları virtual fəaliyyətə keçiblər. Görünür, mitinqləri səmərə vermədiyinə görə gəncləri indi də bu yolla aldatmağa çalışır. Xaricdən ondan tez-tez müsahibə götürənlər elə həmin söyüş qrupunun nümayəndələridir. Əli Kərimlinin son müsahibəsində yalanlardan biri də budur ki, guya o tərəfdarlarına söyüş söyməyi, iftira atmağı qadağan edib. Həmin söyüş söyənlərdən birinin facebook üzərindən işlətdiyi ifadələri Əli Kərimlinin özünə göndərmək lazımdır ki, yalan danışdığı bir daha üzə çıxsın. Əminəm ki, Əli Kərimli xaricdəki söyüşçül tərəfdarlarına başqalarının ünvanına söyüş söyməyi, iftira atmağı nəinki qadağan edib, əksinə onlara daha radikal olmağı tövsiyyə edib. Çünki, söyüş söyənlərin və itifa atanların danışıq və ifadə tərzində dəyişən bir şey yoxdur. Buradan Əli Kərimliyə və onun xaricdəki qrupuna müraciət edərək deyirəm ki, mən və mənim kimilər mütləq əksəriyyətdir, biz prezidentimizə və dövlətimizə sadiq insanlarıq, bizi heç nə il qorxutmaq mümkün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*