Bakı şəhər sakini, veteran jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məzahir Həsənov əlillik təyinatının ləğv olunmasından şikayətçidir.
“Mənə 2016-2021 və 2023-2024-cü illərdə müvafiq olaraq II və III qrup əlillik təyin olunub. 2016-2021-ci illər üçün əlillik müddəti 5 il, 2023-2024-cü illər üçün isə 1 il müəyyən edilib. Sonuncu əlillik təyinatımın müddəti 30.06.2024-cü il tarixində başa çatıb, təkrar müayinə tərəfindən mənim 1 il ərzində stasionar müalicə və ambulator müayinələrim, həkim diaqnozları, analiz nəticələri əsasında 03.07.2024- cü il tarixində B00203523JCZ kodla 88 saylı tibbi forma Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə göndərilib. 05.07.2024-cü il tarixində 1 saylı TSEK-də mən komissiya sədri və əməkdaşları tərəfindən baxışda olmuşam, xəstəliyimi təsdiq edən sənədlər onlar tərəfindən əhatəli şəkildə araşdırılmış, mənə xəstəliyimin olduğunu, sənədlərimin əlillik təyinatına imkan verdiyi söylənilmiş və bunun əsasında aktlaşdırma işləri həyata keçirilərək Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmişdir. 08.07-2024-cü il tarixində mən yenidən baxış üçün Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə dəvət edildim. Mən özümlə bütün stasionar və ambulator müalicə və müayinə sənədlərimi götürsəm də, məni qəbul edən ekspert xanım Fərzəliyeva Samirə bu sənədlərə heç bir məhəl qoymadan məni göz, ayaq dopleri və spidometriya müayinəsinə göndərdi. Onun məni qəbul edərkən təyin olunan əsas diaqnoza deyil, başqa xəstəliklər axtarışına çıxmasına etiraz etsəm də, buna məhəl qoymadı. Bunun nəticəsi olaraq əsas diaqnozuma deyil, yanaşı xəstəliyi əsas diaqnoz götürərək imtina verilməsinə nail olub”.
KONKRET.az mövzu ilə bağlı Dövlət Tibbi- Ekspertiza və Reablitasiya Agentliyinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, vətəndaşın hazırkı sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib.
“Bakı şəhər sakini, 16.02.1964-cü il təvəllüdlü Həsənov Məzahir Abasxan oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında 05.07.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən əyani müayinə edilib.
Müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnoz əlillik əlaməti kimi müəyyən edilməyib. Qanunvericilik barədə vətəndaşın özünə də müvafiq izahatlar verilib”.
Natiq Səlim,
KONKRET.az
Vallah əsl xestede,sağlam olanda əlillik almaq istəyir..Şəxsən mən qızımı apardım,baxdılar..əlilliyinidə təsdiq etdilər..Ayaq ustə durub,işə gedib gələnlərdə əlillik istəyir..
Mənim yoldaşım gözündə görmə zəifliyi olsada dəfələrlə gedəndən sonra 2 ci qrupu təyin etdilər.özləri deyir ki gözün zəifdi 3 qrup verə bilmərik nə də 1 verə bilmərik 2 ci qrup düşür amma atkaz gəlirdi. Pul tələsi var. Məndə axıra qədər getdim aldım
Men 1994 cu ilde muharibe zonasinda top mermisinin dusmesi neticesinde ayagimdan yaralanmisam ayagimin arxa hissesini qelpe aparib qadin geyiminden mehrumam anadangelme oma yarimcixigida var sol ayagimda defelerle komisiyada oldum dusur dediler amma imtina verdiler
Qulagım da 2 dərəcə karlıq, var xusisi yuxu altında, audimetriya tesdimdə var, gözüm cox zəif görür, səsim 65faiz batıb yəni paralic olub necə dəfə forma 88 vermişəm atkaz gəlib onların verdiyi diaqnozu istəmişəm mənə verməyiblər, hələdə əlillik ala bilmirəm
5 ildi 3 cu qrupam.5 il bitib.deyir sene pensiya dusmur.boynumda mil var.oturublar hamisi orda it kimi camaati qapirlar ftkde