SON DƏQİQƏ: Xameneidən Trampa AĞIR ZƏRBƏ – “Baş tutmayacaq”backend

SON DƏQİQƏ: Xameneidən Trampa AĞIR ZƏRBƏ - "Baş tutmayacaq"

İran–ABŞ danışıqlarının ikinci mərhələsi baş tutmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA yazıb.

Bildirilib ki, İslamabadda keçirilməsi planlaşdırılan növbəti görüşlə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Məlumata görə, ABŞ-ın əsassız və həddindən artıq tələbləri, tez-tez mövqe dəyişməsi, ziddiyyətli açıqlamaları və İranın razılaşmanın pozulması kimi qiymətləndirdiyi “dəniz blokadası” danışıqlarda irəliləyişə mane olub.

Bu şəraitdə Tehran yaxın perspektivdə səmərəli danışıqlar üçün real imkan görmür.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*