İran “tam hazır” vəziyyətinə gətirildi: Böyük müharibə YENİDƏN BAŞLAYIRbackend

İran "tam hazır" vəziyyətinə gətirildi: Böyük müharibə YENİDƏN BAŞLAYIR

İran və ABŞ-İsrail tandemi arasındakı gərginlik artıq hərbi toqquşmanın bir addımlığına çatıb. Tehran rəsmiləri regionda hərbi qarşıdurmanın yeni və daha şiddətli mərhələsinin başlanma ehtimalının pik həddə olduğunu bəyan edərək, ölkənin bütün silahlı qüvvələrinin tam döyüş hazırılığına gətirildiyini bildiriblər.

KONKRET.az xəbər verir ki, “Tasnim” agentliyinin məlumatına görə, son günlərdə regionda ABŞ ordusunun misli görünməmiş hərəkətliliyi müşahidə olunur. Pentaqonun hərbi gəmiləri yenidən qruplaşdırdığı, ağır nəqliyyat təyyarələri vasitəsilə bölgəyə irimiqyaslı texnika daşıdığı və kəşfiyyat uçuşlarını artırdığı bildirilir. İddialara görə, ABŞ qüvvələri Hörmüz boğazındakı strateji adaların ələ keçirilməsi və Bəhreyn sahillərinə sürətli desant çıxarılması ssenarilərini məşq edir.

Tehran bu manevrləri sadəcə diplomatik təzyiq vasitəsi deyil, qəfil hərbi əməliyyatın hazırlığı kimi qiymətləndirir. İran tərəfi xəbərdarlıq edib ki, yeni eskalasiya başlayarsa, artıq heç bir məhdudiyyət tanımayacaq və zərbələrin coğrafiyası bütün regionu, o cümlədən strateji enerji mərkəzlərini və Babül-Məndəb boğazını əhatə edəcək. “Hər hansı bir hücuma dərhal və sarsıdıcı cavab veriləcək” deyən İran rəsmiləri, son həftələrdə bütün hərbi infrastrukturun möhkəmləndirildiyini vurğulayıblar.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*