Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
KONKRET.az xəbər verir ki, görüş Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi çərçivəsində baş tutub.
Bununla bağlı Türkiyənin hakim partiyası AKP-nin feysbuk hesabında paylaşım edilib.
***
Prezident İlham Əliyev Albaniyada «Avropa Siyasi Birliyi»nin 6-cı Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.