Elnurla Köçərinin ölümündə müəmma: Özləri çıxmaq istəməyib?backend

Elnurla Köçərinin ölümündə müəmma: Özləri çıxmaq istəməyib?

Ötən gün Sabunçu keçidi adlanan ərazidə iki nəfər batıb. Rəsmi məlumatlara görə yağış sularının yığıldığı tuneldən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun meyiti çıxarılıb.

KONKRET.az xəbər verir ki, onların ölümü barədə sosial şəbəkələrdə müxtəlif iddialar səsləndirilir. Belə ki, bəziləri onları “tok” vurduğunu, bəziləri avtomobildə yuxuya getdiklərini yazır. İddiaların bir qismi isə onlara hər hansı yardımın edilməməsi barədədir.

Sosial şəbəkələrdə yayılan başqa videoda isə vəziyyət tam fərqli görünür. Belə ki, deyib-gülən ikilinin lap yaxınlığına evakuator və xilasetmə qüvvələri gəlsə də, onların özlərinin çıxmaq istəmədiyi deyilir. Rəylərdə bildirilib ki, onlar çörək maşınını qoyub çıxmaq istəməyiblər.

Aşağıdakı video da onların çıxmaq istəməmələri barədə iddiaları gücləndirir:

Qeyd edək ki, ötən gün yağan yağış normadan artıq olub və bu şəhərin kanalizasiya sisteminin işini çətinləşdirib, nəticədə bir sıra yerlərdə su probləmlərə səbəb olub.

/milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*