Elşad adı bu ölkədə qızlara verilir və çox populyardırbackend

Elşad adı bu ölkədə qızlara verilir və çox populyardır

KONKRET.az xəbər verir ki, Qırğızıstanda ən çox populyar olan oğlan və qız adlarının siyahısı verilib.

İlk siyahıda 9 oğlan adı məlum olub.

Ulan – Ənənəyə görə, bir ailədə uşaq doğulmamış ana bətnində tələf olursa və ya doğulandan sonra ölürsə, ondan sonra doğulan uşağa bu ad verilir. Körpəni Ulan deyə çağırırlarsa, bu, valideynlərin onu ləyaqətli varis və şöhrətli övlad görməsi arzusu ilə edilir.

Urkaş – Valideynlər bu adı qoymaqla belə bir arzu və niyyət edirlər ki, ondan sonra yenə də övladlar olsun ki, Urkaş çox qohum-əqrəbalı yaşasın.

Çağatay – sözün etimologiyası qədimlərə çıxır. Əsl türk sözüdür və ehtimal edilir ki, mənası “uşaq” deməkdir. Mənbələrin birində bu söz “qəhrəman”, “güclü insan”, “iddialı” və “xalqa diqqətli” anlayışları ilə əlaqələndirilir.

Çingiz – ad XIII – XIV əsrlərdə yaranmışdır. Türk-monqol dillərində “böyük”, “güclü”, “geniş” mənalarını verir.

Şerik – Övlad bu adla ona görə çağrılır ki, özündən böyük qardaşlarına və digər qohumlar üçün dayaq olsun.

Şumkarbek – sözün əsl mənasında “Şahin” kimi tərcümə olunur. Antroponim totemizm fenomeni ilə əlaqələndirilir.

Şamşı – “günəş” mənasını verir. Bu adı uşağa ona görə verirlər ki, o, öz el-obasına yaxın olsun, xalqına ümid bəxş etsin.

Ibray (Ibrayim) – “xalqın atası”, “qəbilənin lideri”. Adı qırğız dilinə ərəbdən gəlib və İbrani dilində İbrahim kimi səslənir. İbrahim peyğəmbərin adının şərəfinə qoyulur.

Elaman – bu ad hər kəslə barışıq arzusu ilə yaşayan mənasını verir.

Qızlar üçün 9 ad

Çolpon – “səhər ulduzu”. Qız uşağına bu adı ona görə verirlər ki, həyat yolları ulduz kimi parlaq olsun.

Şirin-Bu ad adətən ailədə ən kiçik və ya tək qıza verilir. İran, tacik və fars dillərindən alınıb.

Irqal -bolluq içində, çətinliklər və yüksəlişlər olmadan yaşamaq istəyi ilə əlaqələndirilir.

Irıs – ad həm qızlara, həm də oğlanlara taleyinin xoşbəxt olacağı ümidi ilə verilən populyar adlardan biridir. Qızlarda Irıskan və Irıskula da dəyişdirilə bilər.

Elmira – “işıq saçan” mənasını verir. Qırğızıstanda bu ad 1960-1970-ci illərdə məşhurlaşıb.

Erkingül, Erkinbyuby (erkin qırğız dilindən “azad” deməkdir) – qıza müstəqil böyümək arzusu ilə bu adı verilir.

Erke – kapriz qızlara verilən addır.

Elşat – Bu ad çətinliklərdən və xəstəliklərdən qaçmaq istəyi ilə əlaqələndirilir. Ad 20-ci əsrin sonlarında məşhurlaşıb.

Hazırladı: İ.MUSAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*