“Emirates”in əfsanəvi rəhbəri təqaüdə çıxırbackend

"Emirates"in əfsanəvi rəhbəri təqaüdə çıxır

Birləşmiş Ərəb Əmirliklərinin “Emirates Airlines” şirkətini 30 ildən çox müddət ərzində dünyanın ən hava yolu böyük şirkətlərindən birinə çevirən Tim Klark İyun ayında təqaüdə çıxmağa hazırlaşır.

KONKRET.az xəbər verir ki, 70 yaşındakı Clark, dövlətə aid şirkətə qurucu İdarə Heyətinin üzvü olaraq 1985-ci ildə  qatılıb və 18 il sonra isə şirkətin “sükanı” arxasına keçib. Clark rəhbər olduğu dövrdə, Asia-Pasifik, ABŞ,  Avropa və Afrika arası uzun məsafə səyahətlər üçün Dubayı bir ana mərkəz olaraq istifadə edərək, “Emirates”i qlobal bir şirkətə çevirib.

Klark zamana uyğunlaşmaq məcburiyyətində qalıb. Şirkət kiçik təyyarələrin uzun yol qət edə bilməməsi, ucuz hava yollarının zamanla qitələrarası yollarda uca bilməyə başlamaları təhdidləri ilə qarşı-qarşıya qalmışdı. Klark  “yaxınlaşan fırtına” olaraq adlandırdığı bu təhdidələrə qarşı “Emirates”i, qitələrarası əməliyyatlarını artıraraq, yenə Dubaya aid “Flydubai” kimi ucuz hava yolları ilə əlaqələrini qüvvətləndirərək qoruyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*