Əntiqə Rəşiddən yeni kitab: “Ömrümün 44 günü – Qarabağ, ölüm mələyi və mən”backend

Əntiqə Rəşiddən yeni kitab: "Ömrümün 44 günü - Qarabağ, ölüm mələyi və mən”

Tanınmış jurnalist Əntiqə Rəşidin bu günlərdə yeni kitabı çapdan çıxıb.

KONKRET.az xəbər verir ki, “Ömrümün 44 günü:Qarabağ, ölüm mələyi və mən” kitabı jurnalistin sayca ikinci kitabıdır .

Xatırladaq ki, 2020 -ci il 27 sentyabrda – Vətən Müharibəsi başlayarkən fəaliyyət göstərdiyi “Ədalət” qəzetindən könüllü olaraq cəbhə xəttinə getmiş , orada 44 gün , əlavə 16 gün də Qarabağ bölgəsində qalaraq fəaliyyətini davam etdirmişdi.

Əntiqə xanım cəbhə xəttində yerləşən, bombardmana məruz qalmış Ağdam, Bərdə, Tərtər, Ağcabədi rayonlarından, eyni zamanda, rayonların raket hücumlarından əziyyət çəkən kəndlərindən, bölgənin insanlarından reportajlar, müsahibələr , oçerklər, xəbərlər və digər müxtəlif səpgili məqalələrlə ictimaiyyəti məlumatlandırmışdı.

“Ömrümün 44 günü:Qarabağ, ölüm mələyi və mən” kitabında 44 günlük savaşın getdiyi bir dövrdə və savaşdan sonrakı cəbhə xəttindəki hadisələrlə bağlı məqalələr yer alıb. Bir sözlə, 335 səhifədən ibarət olan kitab yazarın 44 günlük və sonrakı günlərdəki fəaliyyətini əks etdirir.

Xüsusən, müəllifin övladı döyüşdə oan valideynlərlə, sığınacağa yerləşmiş müvəqqəti köçkünlərlə, sovqat və bağlamalarla ziyarət etdiyi hərbiçilərlə olan görüşləri və söhbətləri kitabın ən maraqlı detallarındandır. Azərbaycan ordusunun uğurlarının xalq arasında dəstəklənməsi, elliklə sevincə səbəb olması müəllifin dili ilə daha təsirli şəkildə çatdırılması diqqət çəkir.

“Red N Line” nəşriyyatında işıq üzü görən kitab olduqca maraqlıdır və hər bir səhifə oxucuda həyəcan yaradır. Oxucu sanki müəlliflə birgə cəbhə xəttini addım -addım gəzir, bəzən təəssüflənir, bəzən göz yaşlarına hakim ola bilmir, bəzən özünü çarəsiz durumda görür, bəzən sevinir, bəzən qürurlanır. Dil və üslubu ilə seçilən və Vətən Müharibəsindən bəhs edən “Ömrümün 44 günü:Qarabağ, ölüm mələyi və mən” kitabı oxucuların stolüstü kitabı olacağına inanırıq.

Qeyd edək ki, müəlliflə söhbətimizdə o bildirdi ki, ilk kitabı olan “Ömrümün köç günlüyü” 2020-ci ilə qədər – Vətən müharibəsinə qədər yazdığı məqalə və bədii əsərlərdən ibarətdir:” Qarabağ hər zaman mənim qarabağlı olaraq, köçkün olaraq, yazar olaraq yaralı yerim olduğu üçün məqalələrim böyük əksəriyyəti Qarabağ mövzusuna həsr olunub. “Ecoprint” mətbəəsində 500 tirajla çapdan çıxan ilk kitabım isə 326 səhifədən ibarətdir”.

P.S. Oxuyun qiymət verin, əziz, dəyərli oxucular!

Əntiqə Rəşid

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*