Epstein Trampı həyat yoldaşı ilə tanış edibbackend

Epstein Trampı həyat yoldaşı ilə tanış edib

ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Baydenin açıqlamaları ölkədə qalmaqal yaradıb. O, YouTube-da verdiyi müsahibədə cinsi istismar və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan, 2019-cu ildə həbsxanada dünyasını dəyişən milyarder Cefri Epşteynin Donald Trampı həyat yoldaşı Melaniya Trampla tanış etdiyini iddia edib.

KONKRET.az xəbər verir ki, Hunter Bayden həmçinin Tramp ilə Epşteyn arasında “dərin əlaqələrin” mövcud olduğunu irəli sürüb.

Bu iddialara cavab olaraq ABŞ-ın birinci xanımı Melaniya Trampın vəkilləri sərt açıqlama yayıb. Onlar Hunter Baydeni milyard dollarlıq böhtan iddiası ilə məhkəməyə verməklə hədələyiblər.

Məsələ ictimaiyyətdə geniş rezonans doğurub və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*