Ərdoğan İsrailə qarşı güc tətbiq etməyi təklif edibbackend

Ərdoğan İsrailə qarşı güc tətbiq etməyi təklif edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı güc tətbiq etməyi təklif edib.

KONKRET.az xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, BMT Baş Assambleyası Təhlükəsizlik Şurası regiondakı hücumlarını dayandıra bilməsə, İsrailə qarşı güc tətbiq edilsin.

Bildirilib ki, hazırda Ankara İsraili dayandırmaq üçün intensiv diplomatik iş aparır, bu işlərə xarici işlər naziri, Milli Kəşfiyyat rəhbəri və digər rəsmilər cəlb olunub.

Xatırladaq ki, dünən gecədən İsrail Livanda quru əməliyyatlara başladığını elan edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*