Ərdoğan Qarabağda türk hərbçilərini aktivləşdirirbackend

Ərdoğan Qarabağda türk hərbçilərini aktivləşdirir

Türkiyə və Rusiya prezidentlərinin sonuncu telefon söhbətində Ərdoğan Putinə bildirdi ki, “Qarabağda vəziyyətə nəzarət etmək üçün Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməlidir”. Bu, Türkiyənin mərkəzlə bağlı istəyini ilk dəfə açıq şəkildə dilə gətirməsi idi.

Ardınca Ankara Mərkəzlə bağlı iki addım atdı:

– Türkiyənin dövlət televiziyasının (TRT) əməkdaşı Mərkəzə ezam olundu:

Mərkəzin fəaliyyətə başlamasından indiyə qədər ermənilərin atəşkəsi minimum 203 dəfə pozduğu açıqlandı və bununla türk hərbçilərin fəaliyyəti təqdim edildi;

– Türkiyənin Azərbaycandakı səfiri Bağcı və hərbi ataşesi general Zəkəriyə Yalçın Mərkəzi ziyarət etdi;

Azərbaycan torpaqlarında rus sülhməramlıları və onların himaya etdiyi separatçıların əl-qolunu bağlamağın hələki yeganə yolu türk hərbçilərinin fəaliyyətini aktivləşdirmək və nəzarət məsələsində balansı tarazlamaqdır.

Ərdoğanın etmək istədiyi budur. Və Bakı ilə Ankara sərhədin delimitasiya-demarkasiyasından sonrakı dövrə hazırlıq görür. Bundan sonra Mərkəzin, xüsusilə Mərkəzdəki türk hərbçilərin daha aktiv fəaliyyətini görə bilərik.

Asif Nərimanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*