Prezident Rəcəb Tayyip Ərdoğan saatsaza verdiyi sözü yerinə yetirib.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, 2 il əvvəl Karamanda olarkan Əli Hilmi Uysal adlı saatsaz Prezdentə özəl əl işi olan masa və qol saatı hədiyyə edib. Qarşılığında isə dövlət başçısından xatirə olaraq qolundakı saatı istəyib. Saatsazın istəyini unutmayan Ərdoğan 2 il sonra üzərində “Cumhurbaşkanlığı Forsu” təsvir olunan qol saatını ona göndərib.
Buna görə özünü xoşbəxt hesab edən Uysal, saatı kolleksiyasına qoyacağını söyləyib. Usta bu qədər gərgin iş rejimində olmasına baxmayaraq onu da unutmadığı üçün Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Hazırladı: Günel MUSEYİB