Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Ukrayna mövzusunda danışıqlar aparacağını açıqlayıb.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə telefon danışığı 5 yanvar tarixində baş tutacaq.
Ərdoğan bildirib ki, danışıqlar zamanı həm Fələstin məsələsi, həm də Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. Türkiyə liderinin sözlərinə görə görüş regional və qlobal proseslər baxımından mühüm əhəmiyyət daşıyır.
O, həmçinin qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisdə “istəklilər koalisiyası” formatı çərçivəsində keçiriləcək danışıqlarda iştirak edəcək.
Xatırladaq ki, Ərdoğan dekabrın 13-də Ukraynada sülhün yaxın olduğunu bəyan etmişdi. O, Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukraynadakı vəziyyətin müzakirə edildiyini və bu mövzuda ABŞ prezidenti Donald Trampla da fikir mübadiləsi aparmağı planlaşdırdığını demişdi.
