Ərdoğan xəritəni masaya qoydu – Putinlə görüşdən VİDEObackend

Ərdoğan xəritəni masaya qoydu – Putinlə görüşdən VİDEO

Türkiyə prezidenti R.T.Ərdoğan Rusiya prezidenti Putinlə Soçidə Prezident iqamətgahında təkbətək görüşüb.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, mediaya açıq hissəsində danışan Ərdoğan ilk olaraq Putinə təşəkkürünü bildirib. Görüşün bölgədə gərginliyin yaşandığı hazırki vaxtda fayda verəcəyinə inandığını söyləyib:

“Bundan əvvəl də yenə bu mövzularla bağlı müzakirə etdiyimiz faydalı görüşlərimiz olub. Təbii ki, bu vəsiləylə istər ikili görüşmələr, istərsə də ikili münasibətlər bunları həll etməyə fürsət verəcək. Bu vəsiləylə sülhün daha güclü bir şəkildə əldə edilməsinə şərait yaranacaq. Bu görüşün “Barış bulağı” əməliyyatına  da çox ciddi imkanlar verəcəyinə inanıram”.

Görüşün mediaya bağlı keçirilən hissəsində isə Ərdoğan qırmızı sənədin içərisində gətirdiyi və Suriyada qurulacaq təhlükəsiz bölgə xəritəsini masaya qoyub.

KONKRET.AZ Soçidəki görüşün görüntülərini təqdim edir:

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*