Ərdoğandan Bağdada xəbərdarlıq: İsraildən və İrandan uzaq durunbackend

Ərdoğandan Bağdada xəbərdarlıq: İsraildən və İrandan uzaq durun

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Mühəmməd Şia əs-Sudani ilə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb. Danışıq zamanı İsrail və İran arasında artan gərginlik, həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunub.

Ərdoğan bildirib ki, İsrailin səbəb olduğu zorakılıq spiralı bölgəyə ciddi təhdid yaradır. Onun sözlərinə görə, İraq bu şəraitdə münaqişədən uzaq durmalı və terror təşkilatları ilə mübarizədə daha diqqətli olmalıdır.

O vurğulayıb ki, İranla ABŞ arasında nüvə proqramı ilə bağlı gərginliyin yeganə həll yolu danışıqlardır. Əlavə edib ki, mövcud mürəkkəb şəraitdə təmkin nümayiş etdirilməli və zorakılığın yayılmasının qarşısı alınmalıdır.

Türkiyə tərəfi həmçinin qeyd edib ki, İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar Qəzzada baş verən soyqırımı gündəmdən çıxarmamalıdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*