Ərdoğandan Makrona kinayəli çağırış: “Haydı ölkəndə etirazçıları durdur”backend

Ərdoğandan Makrona kinayəli çağırış: "Haydı ölkəndə etirazçıları durdur" 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa dövlət başçısı Emanuel Macrona qarşı sərt çıxış edib. “NATO-nun son sammitində Fransa lideri yenə də İslami terrordan danışıb. İslam kəlməsi sülh, barışıq sözlərindən yaranıb. Siz İslamı terror ifadəsi ilə necə bir araya gətirirsiz?”deyə Ərdoğan bildirib.

Türkiyə lideri həmkarını ölkəsində baş verən hadisələrə yanaşma tərzi ilə də önə çəkib: “Parisdə “sarı gödəkçəlilər” küçələrə axışdı, durdur onları baxaq görək. Niyə dayandıra bilmirsiniz?

Rəcəb Tayyib Ərdoğan fikrini “alma məzlumun ahını, çıxar ahəstə-ahəstə…” atalar sözü ilə yekunlaşdırıb.

Hazırladı: Günel Museyib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*