Ərəblərə yaraşmayan hərəkət: Azan qadağan oluna bilərbackend

Ərəblərə yaraşmayan hərəkət: Azan qadağan oluna bilər

Səudiyyə Ərəbistanında Şahzadə Məhəmməd Bin Salmana yaxın bir alim olan İsa ƏL Qays hər kəsi heyrətləndirən bir təkliflə çıxış edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ƏL Qays ölkəsində azanın qadağan olunmasını tələb edib.

Həmçinin qeyri-rəsmi media orqanı hesab edilən “Əl-Vətən” qəzetinin müəllifi olan İsa ƏL Qays qəzetdə dərc etdiyi məqalədə bu gün texnologiyanın inkişaf etdiyini və minarələrdə ucadan azan verərək insanları narahat etməyə ehtiyac olmadığını söyləyib. İslam alimi azanın qadağan edilməli olduğunu və qadağanı pozanların cəzalandırılmalı olduğunu deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə Məhəmməd Bin Salmanın hakimiyyətə gəlməsindən sonra “mülayim islam” adı altında maraqlı tətbiqlər reallaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*