Erməni rejissorun Qarabağla bağlı filmi beynəlxaq müsabiqədən çıxarıldıbackend

Erməni rejissorun Qarabağla bağlı filmi beynəlxaq müsabiqədən çıxarıldı

Erməni millətçiləri Azərbaycana qarşı hər cür kampaniya aparır və bu təbliğatlarda özlərindən “əzilən xalq” imici formalaşdırmağa çalışırlar.

Müxtəlif platformalarda aparılan anti-Azərbaycan kampaniyası dünyanın müxtəlif ölkələrindəki erməni diasporu tərəfindən dəstəklənir. Bununla belə, Azərbaycan əleyhinə böyük televiziya verilişlərindən tutmuş, qısa süjetlərə qədər istifadə olunur. Eyni zamanda erməni lobbisinin maliyyə dəstəyi ilə ayrı-ayrı ölkələrin televiziya kanallarında  nümayiş olunan Azərbaycanla bağlı video materallarda mövzu əsasən etnik təmizlədir. Guya ermənilər Qarabağdan zorla çıxarılıb.  Bu cür kampaniyanın davamı olaraq erməni rejissorlar Azərbaycan əleyhinə filimlər də çəkməyə başlayıblar.

Həmin rejissorlardan biri də Harut Sasunyandır. O, “Artsax” haqqındakı filmini beynəlxalq müsabiqəyə təqdim edib. Rejissor Ermənistan mətbuatına bildirib ki, baş nazir Paşinyan həmin filmi “Oskar”  nominasiyasında əngəlləyib. Xatırladaq ki, film “1489”  adlanır və Qarabağda ermənilərin “faciəsinə” həsr olunub. Rejissorun sözlərinə görə, “1489” Paşinyanın göstərişi ilə Ermənistan Milli Kino Akademiyası tərəfindən bloklanıb. “1489” filminin əvəzinə “Oskar” mükafatına Edqar Baqdasaryanın rejissorluğu ilə çəkilən “Yaşa və Leonid Brejnev”  filmi namizəd olacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*