“Erməni soyqırımı”nı yalnız bu 2 müsəlman ölkəsi tanıdıbackend

“Erməni soyqırımı”nı yalnız bu 2 müsəlman ölkəsi tanıdı

2020-ci ilin fevralında Suriya parlamenti qondarma “erməni genosidi”ni tanıdı. O vaxt Türkiyə ilə Suriya arasında münasibətlər son dərəcə gərgin idi.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Avropada yaşayan jurnalist Elbəyi Həsənli xatırladıb.

“2000-ci ilin mayında isə Livan qondarma “erməni soyqırımı”nı tanıyan ilk müsəlman-ərəb dövləti kimi tarixə keçmişdi. Xatırladım ki, 1982-ci ildə yaranmış Hizbullah şiə hərəkatı bu məsələdə ermənilərə dəstək vermişdi.

Beləliklə, qondarma “erməni soyqırımı”nı iki müsəlman ölkəsi tanıyıb. Onların hər ikisi İran molla rejiminin xeyir-duası ilə bu addımı atıb. Yəni İran özü bunu birbaşa edə bilməsə də, Livan və Suriya kimi vassal ölkələrin əli ilə Türkiyəyə və Azərbaycana belə bir pislik edib və islam dünyasında antitürk cəbhəsi yaratmağa çalışıb”, – o qeyd edib./axaraz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*