Ermənilərin istənilən şəhəri özlərininki etmək kimi xüsusiyyətləri var.
KONKRET.az xəbər verir ki, bu günlərdə erməni televiziyalarından birinin canlı efirində Bakı “Bakurakert”, Gəncə isə “Gandzak” adlandırılıb. Gəncə də, Bakı da “qədim erməni torpağı olub” və azərbaycanlılar sonradan “adlarını dəyişib”. Bu cür absurd çıxış edən “Çiçəklənən Ermənistan” partiyasının katibi Arman Abovyan erməni xislətindən irəli gələni arzusunu dilə gətirib. Canlı efirdə açıq-aşkar dinc əhalinin məhv edilməsindən danışıb.
Müharibənin Bakı və Gəncənin hər bir küçəsində, siyasətdən, müharibədən uzaq olan hər bir ailəsində getməli olduğunu deyən Abovyan terrorizmə açıq çağırış edib. “Ancaq bundan sonra azərbaycanlılar özünə gələçək”, – deyə Abovyan sərsəmləyib.
Həmin çıxışı təqdim edirik:
Xuraman Etibarlı
KONKRET.az
Bu minvalla (oxu: iştah və həyasızlıqla) Moskva- Moskvanakan, Sank Peterburq- Sank Ter-Petranavan, Prezidentlətin görüşünün nəticəsindən asılı olaraq Brüssel də BrüsseleZırtan olar yəqin ki….