Ermənilər Qarabağda silah istehsal edir: optik cihazlar, teplovizorlar, minomyotlar…backend

Ermənilər Qarabağda silah istehsal edir: optik cihazlar, teplovizorlar, minomyotlar...

Ermənistan Müdafiə Nazirliyi işğal altındakı Dağlıq Qarabağda silah-sursatı istehsal edildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan ordusunun Baş Qərargah rəisi Artak Davtyan açıqlama verib.

“Dağlıq Qarabağda hərbi sənayenin ayrı-ayrı növləri inkişaf edir. Bəzi hərbi məmulatları öz ordumuz üçün də alırıq. Söhbət optik cihazlar, teplovizorlar (istiliyə reaksiya verən nişangah), müxtəlif kalibrli silahlardan gedir. Bəzi silah növləri, məsələn, minomyotların kütləvi istehsalına hazırlaşırıq”, – deyə Davtyan deyib.

O, SKAD raketlərini modernləşdirdiklərini də əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*