Ermənilərin MƏNFUR XİSLƏTİ: “Türkiyəyə başsağlığı verilməməli idi”backend

Ermənilərin MƏNFUR XİSLƏTİ: “Türkiyəyə başsağlığı verilməməli idi”

“Türkiyə və Suriyada çoxlu insanın həyatına son qoyan dağıdıcı zəlzələ məni kədərləndirdi, Ermənistan kömək etməyə hazırdır”, – Paşinyan öz Twitter mikrobloqunda yazıb. “Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, – mesajda deyilir.

Paşinyanın bu hərəkəti ermənilər tərəfindən birmənalı qarşılanmayıb və hətta pislənilib. Belə ki, erməni analitik Qalust Qriqoryan öz məqaləsində, “Ümumiyyətlə, Türkiyəyə bir kəlmə də başsağlığı verilməməli idi. Yalnız Suriyaya kədərlənməliyik. Çünki orada iki erməni öldü, üstəlik xeyli sayda erməni evlərini itirdi”, – deyə bildirib.

O, erməni xislətini və əsl mahiyyətini nümayiş etdirərək fikirlərini daha kəskin formada çatdırıb: “Türkiyədə erməni yoxdur. Amma buna baxmayaraq, Paşinyan bir növ erməni Villi Brandt obrazını canlandırmaq qərarına gəlib. Baxın, İran Türkiyədəki faciəyə qətiyyən reaksiya vermədi. Amma Paşinyan başsağlığı vermək qərarına gəlib. Bununla da məhdudlaşmayaraq kömək təklif edib. Kimə?! Türkiyəyə?! O, həqiqətən Papadan daha çox katolik olmağa qərar verib”, – deyə Qriqoryan vurğulayıb.

HAŞİYƏ: Budur əsl erməni xisləti. Budur Türkə nifrət. Bu nifrət o qədər güclüdür ki, hətta ermənilər üçün yaşanan faciə belə heç bir əhəmiyyət kəsb etmir. Uşaq qatillərindən, Xocalı boyda faciəni türklərə yaşadanlardan bundan artıq heç nə gözləmək olmaz. Amma Qriqoryan çox böyük yanlışa yol verir. Türkiyədə ən azı 100 min erməni kökənli insan yaşayır. Üstəlik, onlar üçün hər cür şərait yaradılıb. Təbii ki, Qriqoryan və digərləri bundan xəbərdardırlar. Ancaq onların içindəki Türk nifrəti, insani dəyərlərin olmaması və nəhayət mənfur xislətləri başqasının faciəsinə sevinməyə imkan verir. İrana gəldikdə isə, İslam Respublikası adlandırılsa da, həqiqi İslamın bu ölkəyə aidiyyatı olmadığını bütün dünya yaxşı bilir. Erməni xislətli farsların başsağlığı isə türklərə lazım deyil. Türkün Türkdən başqa dostu yoxdur.

“Ermənistanın heç kimə hətta simvolik yardım etmək imkanı belə yoxdur. Ölkəmizin özünün köməyə ehtiyacı var. Həm də bizə bir dəfəlik deyil, əbədi kömək lazımdır. Türkiyəyə isə kömək etmək istəyənlər çoxdur. Qətər, Avropa Birliyi ölkələri və digərləri buna hazırdır”, – deyə erməni analitik bildirib.

HAŞİYƏ: Qriqoryan bu fikirlərində tam haqlıdır. Ermənistan nə dövlətdir ki, Türkiyəyə kömək təklif etsin? İrəvanın özünə kömək edən lazımdır. Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bir dövlətin və millətin başqasına kömək üçün təklif edəcəyi heç nəyi yoxdur. Amma Türkiyə bu vəziyyətdən də alnıaçıq və üzüağ çıxacaq. Necə deyərlər, Türkün qolu bükülməz, Türkün beli əyilməz.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*