ABŞ PKK-nın ləğvini alqışladıbackend

ABŞ PKK-nın ləğvini alqışladı

ABŞ-nin Türkiyədəki səfirliyi PKK terror təşkilatının ləğv edilməsini alqışlayaraq bunu “sivilizasiya üçün qələbə” kimi qiymətləndirib.

KONKRET.az “Report”-a istinadən xəbər verir ki, müvafiq bəyanat diplomatik missiyanın sosial şəbəkə hesabında yerləşdirilib.

“Terrorçu qrupların silahı yerə qoyması sivilizasiya üçün hər zaman qələbə təşkil edir. PKK-nın ləğv qərarı bir dönüş nöqtəsi xarakterindədir”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, ABŞ-nin dövlət katibi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı apararaq bir daha dəstəyini ifadə edib.

“Amerika Birləşmiş Ştatları daimi sülh və təhlükəsizlik yolunda irəliləyən NATO müttəfiqimiz Türkiyənin yanındadır”, – səfirlik qeyd edib.

“Sivil dünyada terrorun gələcəyi yoxdur”, – bəyanatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*