“Ermənilərin türklər və azərbaycanlılar qarşısında əbədi qorxusu onlara mane olur” – Mixaylovbackend

"Ermənilərin türklər və azərbaycanlılar qarşısında əbədi qorxusu onlara mane olur" - Mixaylov

“Ermənilərin türklər və azərbaycanlılar qarşısında əbədi qorxusu əməkdaşlığın üstünlüklərini dərk etməsinə mane olur”.

KONKRET.az xəbər verir ki, rusiyalı ekspert Yevgeni Mixaylov Vesti.az-a açıqlamasında deyib. “Zəngəzur dəhlizi Ermənistan üçün faydalıdır, o, regional mərkəzə çevrilə bilər”, – ekspert bildirib.

Mixaylov Ermənistanın indiki acınacaqlı durumunun səbəbini ölkə rəhbərliyində görür.

“Bütün bu illər ərzində Ermənistan rəhbərliyi onun çiçəklənən ölkəyə çevrilməməsi üçün hər şeyi edib. Zəngəzur dəhlizinin açılması təhlükəsi ilə bağlı bütün bu hücumlar türklərlə azərbaycanlıların düşmən olması barədə süni şəkildə şişirdilmiş tarixi qorxudan başqa heç nə ilə əsaslandırılmır”, – deyə o vurğulayıb.

Xuraman Etibarlı, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*