Ermənistan 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) tamhüquqlu üzvü olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə ICC-nin bəyanatında deyilir.
Məlumat görə, ilkin ratifikasiya sənədinin saxlanmaq üçün BMT-nin Beynəlxalq Müqavilələr Departamentinə təhvil verilməsi mərasimi keçirilib.
Sənəddə qeyd edilir: “Ermənistan 124-cü iştirakçı dövlət, Şərqi Avropa qrupundan isə 19-cu ölkə olacaq”.
Xatırladaq ki, Ermənistan Milli Assambleyası oktyabrın 3-də BCM-nin Roma Əsasnaməsini ratifikasiya edib.
Ariz Həsənoğlu,
KONKRET.az