“Ermənistan “3+3” formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır”.
KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Əlbəttə, biz hazırıq. Vaxtilə 3+3 formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu”, – o əlavə edib.