“Atəşkəs elan edildikdən sonra xalq, orduda xidmət edən oğullar taleyin şıltaqlığına buraxıldı”.
KONKRET.az xəbər verir ki, bu sözləri Seyran Ohanyan özünün facebook səhifəsində yazıb. Onun sözlərinə görə, hazırda Ermənistanın sərhədlərinin keçmiş Sovet İttifaqının müəyyən etdiyi sərhədlərinə əsaslandırmasına məcbur edilməsi prosesi baş verir.
“Ermənistan-Azərbaycan münaqişəsi hələ həll olunmayıb”, – deyən Ohanyan vurğulayıb ki, münaqişə edən tərəflər arasında hələ ki, heç bir dialoq yoxdur”.
O hesab edir ki, yeni müstəqil olan Ermənistanın sərhədlərinin toxunulmazlığına müdaxilə edən rejim hakimiyyəti tərk etməlidir.
“İndiki vəziyyətdə Ermənistanın sərhədlərinin toxunulmazlığının təmin edilməsi, danışıqlar prosesinin bərpası, xarici və daxili siyasətdə dövlət funksiyalarının cəsarətli, tam icrası üçün məsuliyyəti öz üzərinə götürəcək olan erməni xalqının maraqlarını təmsil edən qüvvələr hakimiyyətə gəlməlidir”.
Natiq Səlim,
KONKRET.az