“Ermənistan bizə hücum etsə, sakit oturmayacağıq” – Əmirbəyovbackend

"Ermənistan bizə hücum etsə, sakit oturmayacağıq" - Əmirbəyov

“Azərbaycan yenidən Avropa İttifaqı ilə üçtərəfli formatda danışıqlara hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radiofrance”a müsahibəsində deyib.

E.Əmirbəyov qeyd edib ki, Azərbaycan sülhə nail olmaq üçün Ermənistanla danışıqları bərpa etmək istəyir:

“Təbii ki, Ermənistan bizə hücum etsə, sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağındadır. Bizə danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq lazımdır. Sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan isə ikili oyun oynayır. Əgər Ermənistan sülhün və sabitliyin bərqərar olması üçün səylərimizə qoşularsa, biz öz üzərimizə düşən işi görməyə tam hazırıq. Şarl Mişel Avropa Şurasının prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan yenidən Avropa İttifaqı ilə üçtərəfli formatda danışıqlara hazırdır.

Biz, demək olar ki, otuz ildir davam edən bu düşmənçiliyə son qoyacağıq. Ermənistanın Azərbaycanın yeni müharibəyə hazırlaşacağı ilə bağlı iddiaları tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq”, – deyə o bildi

  • Rəfael
    Oktyabr 18, 2023 - 13:34

    Elçin müəllim, ermənilərin bizimlə düşmənçilik tarixini dəqiqləşdirsəniz yaxşı olardı. Nə 30 il?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*