Ermənistan da HƏRƏKƏTƏ KEÇDİ:  Rusiya telekanalları bağlanacaq – Simonyanbackend

Ermənistan da HƏRƏKƏTƏ KEÇDİ:  Rusiya telekanalları bağlanacaq - Simonyan

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Ermənistan televiziya məkanında Rusiya telekanallarının yayımının dayandırılması məsələsinə ciddi şəkildə baxmağın zəruriliyini bəyan edib.

KONKRET.az bildirir ki, o, bu barədə jurnalistlərə “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın işini və onun Ermənistan-Rusiya münasibətlərinə mümkün təsirini şərh edərkən deyib.

“Bu “manqurt”ların proqramları bizim ölkədə çoxdan bağlanıb. Onların ölkəyə girişi isə qadağan edilib. Lakin onların dövlət kanalları Ermənistanın daxili işlərinə qarışmağa imkan verirsə, bəlkə biz də bu proqramları bağlayaq”, – Simonyan bildirib.

O, vəziyyəti qızışdıran, Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərən rus aparıcıları “degenerasiyalar” adlandırıb.

Simonyan onu da bildirib ki, Ermənistanda baş verənlərin Moskva ilə əlaqələrə xələl gətirdiyini iddia edənlər çox güman ki, Rusiya mediasının təsiri altındadır. O əlavə edib ki, Samvel Karapetyanı dəstəkləyən və özünü onun dostu adlandıranlar arasında əvvəllər ondan qeyri-rəsmi şəkildə vəsait alanlar da ola bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*