Ermənistan İstintaq Komitəsi bu şəxsləri HƏBS ETDİbackend

Ermənistan İstintaq Komitəsi bu şəxsləri HƏBS ETDİ

Ermənistan İstintaq Komitəsi 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatdan sonra İrəvanda baş vermiş kütləvi iğtişaşlarda iştirakda ittiham olunan daha 9 nəfərin həbs edildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, komitənin yaydığı məlumata görə, saxlanılan şəxslər polis koridorunu yararaq, hökumət binasının şüşələrini sındırıb və qapısını zədələyiblər.

Onlar daha sonra binaya daxil olaraq iğtişaşları davam etdiriblər.

İstintaq orqanı barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət qaldırıb. Hadisələrin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Hazırda ibtidai istintaq prosesi gedir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*