Ermənistan Mərkəzi Bankının sədri Artur Cavadyan və Almaniyanın “KfW Bank“-ının regional direktoru Olaf Zimelka ümumi dəyəri 60 milyon avro olan üç kredit müqaviləsi imzalayıblar. Sazişlərin imzalanması Alman-Ermənistan Fondu Proqramlarının Müşahidə Şurasının dekabrın 6-da Vyanada keçirilən növbəti iclasının sonunda baş tutub.
KONKRET.az bildirir ki, müqavilələrin hər birinin məbləği 20 milyon avrodur. Razılaşmalardan biri “Ermənistanın kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi” proqramının növbəti mərhələsinə, ikincisi “Ermənistanda dayanıqlı mənzillərin maliyyələşdirilməsi bazarının inkişafı” proqramının növbəti mərhələsinin başlanmasına, üçüncü razılaşma isə növbəti mərhələnin həyata keçirilməsinə və “Bərpa olunan enerjinin stimullaşdırılması” proqramı çərçivəsində investisiyaların stimullaşdırılmasına yönəldiləcək.