“Ermənistan-Türkiyə sərhədinin açılmasına hazırıq, bu baxımdan top Türkiyə tərəfindədir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən ilin iyununda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında razılıq əldə olunub.
“Razılıq bir neçə dəfə, o cümlədən ən yüksək səviyyədə, eləcə də xarici işlər naziri Ararat Mirzoyanın zəlzələdən sonra Ankaraya səfəri zamanı təsdiqlənib. Biz həm üçüncü ölkə vətəndaşları, həm də geniş əhali üçün sərhədi açmağa hazırıq. Bu baxımdan top Türkiyə tərəfindədir”, – deyə Vahan Kostanyan bildirib.