Ermənistan və Çin arasında viza rejiminin ləğvi: turizm və mədəni əlaqələrin inkişafıbackend

Ermənistan və Çin arasında viza rejiminin ləğvi: turizm və mədəni əlaqələrin inkişafı

Ermənistan parlamenti Ermənistan və Çin arasında viza rejiminin ləğvi haqqında sazişin ratifikasiyasına baxmağa başlayıb.

Sazişi təqdim edən Ermənistan Xarici İşlər Nazirinin müavini Avet Adonts sazişin təsdiqlənməsinin turizm sektoruna müsbət təsir göstərəcəyini, həmçinin mədəniyyət sahəsində əməkdaşlığı intensivləşdirəcəyini qeyd edib. Saziş Ermənistan və Çin vətəndaşlarının hər iki ölkənin ərazisində 90 gündən az müddətə qalarkən viza almaqdan azad edilməsini nəzərdə tutur. Yalnız təhsil, iş və sair üçün ölkədə daha uzun müddət qalan vətəndaşlar viza alacaqlar. Bu tənzimləmə Hong Kong və Makao ərazilərinə təsir etməyəcək.

KONKRET.az bildirir ki, parlamentarilər, həmçinin, Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinin və Vyetnamın mərkəzi gömrük orqanları arasında gömrük məlumatlarının elektron mübadiləsinə dair protokolun təsdiqlənməsi məsələsini müzakirə ediblər. Protokolun müddəaları elektron məlumat mübadiləsinin mərhələli şəkildə həyata keçirilməsini nəzərdə tutur. Mütəmadi olaraq məlumat mübadiləsinin həyata keçirilməsi daşınan malların eyniləşdirilməsinə, gömrük nəzarətinin sürətləndirilməsinə və səmərəliliyinin yüksəldilməsinə, o cümlədən risklərin idarə edilməsi sisteminin tətbiqi və qanun pozuntularının qarşısının alınmasına kömək edəcək.

Məlumat mübadiləsi aparılarkən birliyin İnteqrasiya edilmiş İnformasiya sistemindən istifadə etməklə tələblərin, strukturların, formatların və şərtlərin vahidləşdirilməsi təmin ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*