“Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanunun qəbul edilməsi ölkənin Aİ-yə üzvlüyü demək deyil”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Bu, o deməkdir ki, Ermənistanda Aİ-nin Avrasiya İqtisadi İttifaqından (Aİİ) daha yaxşı təşkilat olduğunu düşünən çoxlu vətəndaş var. Söhbət Aİ-yə üzvlükdən getmir. Bu, sadəcə siyasi bəyannamədir”, – deyə Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az