backend

Ermənistandan Qarabağa edilən zənglərin qiyməti aşağı salınacaq

KONKRET.az xəbər verir ki, Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyan keçirdiyi mətbuat konfransında söyləyib ki, yeni ilin ilk günündən başlayaraq Ermənistan və qondarma ölkə arasında mobil rabitə tarifləri endiriləcək.

Onun sözlərinə görə, azalma altı ay ərzində tədricən baş verəcək. “Qarabağdan edilən zənglərin tarifləri 25%, 2021-ci ilə qədər isə 30% azalacaq. Qarabağa gələn zənglər üçün tariflər 1 yanvar 2020-ci il tarixindən təxminən 40% azalacaq və 2021-ci ilin yanvar ayına qədər endirim 45%-ə çatacaq”, – deyə komissiyanın sədri bildirib.

Baqramyan əlavə edib ki, “ölkədə” məlumat ötürülməsi və internetə çıxış tarifi də 50% azalacaq, SMS-in qiyməti təxminən 65%, sonra isə 75%-ə qədər azalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*