“Ermənistanın silaha böyük ehtiyacı var” – Xaçatryan KÖMƏK İSTƏDİbackend

“Ermənistanın silaha böyük ehtiyacı var” – Xaçatryan KÖMƏK İSTƏDİ

 “KTMT-nin Ermənistana silahla kömək edəcəyinə əmin deyiləm”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə hakim partiyadan olan deputat Armen Xaçatryan fikir səsləndirib.

O bildirib ki,  Azərbaycana təzyiq etmədiyi üçün Ermənistanın baş naziri KTMT-nin sənədini imzalamayıb: “Azərbaycanın hərəkətlərinə qiymət verilmirsə, hansı yardımdan danışmaq olar? Yardım göstərilməlidir ki,  biz mübarizə aparaq. KTMT-nin Ermənistana silah verəcəyinə əmin Ola bilsin ki, humanitar yardım göstərsinlər” – deyə Xaçatryan bildirib.

O, Ermənistanın silaha böyük ehtiyacının olduğunu deyib: “Bu istiqamətdə Rusiya ilə birlikdə addımlar atılır. Mövcud müqavilələr reallaşarsa, bu, Ermənistan üçün böyük nailiyyət olacaq” – deyə erməni deputat fikirlərini tamamlayıb.

Xatırladaq ki, KTMT-nin baş katibi Stanislav Zas Ermənistana yardım göstərmək üçün İrəvanın KTMT sənədini imzalamalı olduğunu bildirib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*