“Soros və oğlu məsuliyyətə cəlb edilməlidir” – Trampbackend

“Soros və oğlu məsuliyyətə cəlb edilməlidir” - Tramp

ABŞ Prezidenti Donald Tramp, Soros ailəsini Amerikadakı etirazları dəstəkləməkdə və ölkəni məhv etməkdə günahlandırıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Tramp  “Truth Social”  platformasındakı səhifəsində yazıb.

Ağ Ev rəhbəri, Corc Soros və oğlunu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qanununa uyğun olaraq məsuliyyətə cəlb etməyə çağırıb.

“Corc Soros və onun oğlu, Amerika Birləşmiş Ştatlarında şiddətli etirazlara dəstək verdikləri üçün cavab verməlidirlər. Biz bu dəlilərin Amerikanı parçalamağa davam etməsinə imkan verməyəcəyik. Soros və onun psixopatlar qrupu ölkəmizə böyük ziyan vurdu! Ehtiyatlı olun, biz sizi izləyirik! ”,-deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ Prezidentinin Sorosun respublikaçı oğlu Aleksi nəzərdə tutduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*