“Ermənistanla Azərbaycan arasında istənilən razılaşma “sülh müqaviləsinin” özündən də təhlükəlidir” – Armen Aşotyanbackend

"Ermənistanla Azərbaycan arasında istənilən razılaşma “sülh müqaviləsinin” özündən də təhlükəlidir "- Armen Aşotyan

Xəbər verdiyimiz kimi, Paşinyan hökuməti bu gün növbəti iclasında Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının birgə fəaliyyətinin əsasnaməsini təsdiqləyib. Qətnamə müddəalarının Konstitusiyaya uyğunluğunun müəyyən edilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı jurnalistlər Respublika partiyasının sədr müavini, siyasi məhbus Armen Aşotyandan şərh verməsini xahiş ediblər.

“Aydındır ki, Ermənistan və Azərbaycanın hazırkı hakimiyyət orqanları arasında “sülh müqaviləsi”ndən kənar istənilən razılaşma “sülh müqaviləsi”nin özündən də təhlükəlidir.

Gördük ki, hakimiyyət Qarabağ məsələsini sazişdən çıxarmaq qərarına gəlib, biz Qarabağı itirdik. Onlar delimitasiya prosesini “sülh” prosesindən çıxarmağa qərar verdilər. Kirantsın (Qazax rayonu ilə sərhəddə yerləşən erməni kəndi) itirilməsi davam edəcək. İndi “Zəngəzur dəhlizi”nin sazişdən (üçtərəfli sazişdən – red.) çıxarılmasından danışırlar ki, bu da “sülh müqaviləsi”nin özündən qat-qat təhlükəlidir”, – Armen Aşotyan bildirib.

Günel Mikayılova, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*