Ernest Vardanyan: “Rus sülhməramlıları heç nəyə nail olmayacaqlar”backend

Ernest Vardanyan: "Rus sülhməramlıları heç nəyə nail olmayacaqlar"

“Bu, əvvəllər heç olmamışdı. Amma birdən-birə hər şey dəyişdi. Səsgücləndiricilər, hədələr…

Sülhməramlılar heç nəyə nail olmayacaqlar, çünki onların Qarabağ ərazisini qorumaq məqsədi yoxdur”.

KONKRET.az xəbə verir ki, bu sözləri erməni jurnalist Ernest Vardanyan vurğulayıb. O özünün yazdığı statusda daha sonraa deyib: “Rus sülhməramlılarının məqsədi guya “sülhü qorumaqdır”. Amma bu, çox boş bir anlayışdır, birtərəfli başa düşülür: “nə qədər ki, atəş açılmayıb, deməli sakitlikdir”.

Amma nə sülhməramlılar, nə də onların rəhbərləri başa düşmək istəmirlər ki, kəndlərin, yüksəkliklərin zəbt edilməsi sakit baş verir. Amma bu, sülhün pozulması şərtilə olur.

Bir kənd atəşə tutulur, yeni qurbanlar verilir. Bunu anlamayan və ya anlamaq istəməyənlər isə Qarabağa qarşı böyük cinayətin ortağıdır”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*