Türkiyənin Əskişəhər vilayətində meşə yanğını baş verib, 10 nəfər həlak olub.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda AKP-nin Əskişəhərdən olan millət vəkili Nəbi Hatipoğlu Seyitqazi məlumat paylaşıb.
O, yanğında həyatını itirənlərin yaxınlarına başsağlığı verib:
“Vətənimizi və meşələrimizi qorumaq üçün canlarından keçən bu fədakar qardaş və bacılarımıza Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm”.