Etirazlar zamanı İranda bu sayda gənc həbs edildibackend

Etirazlar zamanı İranda bu sayda gənc həbs edildi

18 yaşdan aşağı 320-dən çox iranlı gənc etirazlara dəstək verdiyi üçün həbs edilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazlar zamanı həyatını itirənlərdən 44-nün 18 yaşdan kiçik olduğu bildirilib.

Qeyd edək ki, 3 aya yaxındır ki, davam edən nümayişlərdə 25 nəfərə ölüm hökmü çıxarılıb.

Həmin şəxslərdən 23 yaşlı Muhsin Şikari dekabrın 8-də, Mecid Rıza Rəhneverd isə dekabrın 12-də edam edilib.

Xatırladaq ki, baş verənlərlə bağlı İran BMT-nin Qadınlar Təşkilatından xaric edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*