2024-cü ilin 10 ayı ərzində 16,5 mindən çox etnik qazax artıq kandas statusu alıb.
Qazaxıstan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən bildirilib ki, ilin əvvəlindən 16 535 etnik qazax öz tarixi vətənlərinə qayıdıb. Məlumatda deyilir: “2024-cü ilin əvvəlindən Qazaxıstana qayıdan etnik qazaxların 45,9 faizi Çindən, 39,2 faizi Özbəkistandan, 5,8 faizi Monqolustandan, 5,2 faizi Türkmənistandan, 2,8 faizi Rusiyadan, 1,1 faizi digər ölkələrdəndir. Əmək qabiliyyətli etnik miqrantların 57,4%, yetkinlik yaşına çatmayanlar – 33,2%, pensiyaçılar – 9,4% təşkil edir. Əmək qabiliyyətli namizədlərin 17,8 faizi ali, 24,8 faizi orta ixtisas, 54,4 faizi ümumi orta, 3 faizi isə təhsilsizdir”. Nazirlikdən verilən məlumata görə, kandasın köçürülməsi üçün işçi qüvvəsi çatışmazlığı olan bölgələr – Akmola, Abay, Kustanay, Pavlodar, Şərqi Qazaxıstan və Şimali Qazaxıstan vilayətləridir. 2024-cü il üçün qəsəbə rayonları üzrə namizədlərin qəbulu kvotası 3033 nəfərdir. Noyabrın 1-nə olan məlumata görə, bu ərazilərə 2841 kandas köçürülüb. Ümumilikdə 1991-ci ildən bu yana 1 milyon 144,9 min etnik qazax vətənlərinə qayıdıb.
Vəli Həsənoğlu,
KONKRET.az