Kanadanın milli televiziya kanallarından olan CBC “Evdə tək” filmində Donald Trampın çəkildiyi səhnəni çıxarıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, kanalın nümayəndəsi Chuck Thompson, filmdən 8 dəqiqəlik hissənin çıxarıldığını təsdiqləyib. O, sırf Amerika Prezidenti Donald Trampın olduğu səhnənin çıxarılmasının siyasi tərəfi olmadığını bildirib. Kanal nümayəndəsi bunu 120 dəqiqəlik filmdə reklama yer ayırmaq üçün etdiklərini söyləyib.
Prezident Donald Tramp “twitter” hesabında məsələ ilə bağlı fikirlərini bölüşüb və “Film bir daha heç vaxt əvvəlki kimi olmayacaq” sözlərini yazıb. Daha sonra Tramp “zarafat edirəm” fikrini əlavə edib.
Həmçinin Tramp Kanada Prezidentinə də söz atıb: “Yəqin Kanadanın Prezidenti mənim onu NATO və ticarət məsələsində ödəmə etmək məcburiyyətində qoymağımdan xoşlanmayıb”.
Qeyd edək ki, Donald Tramp bu yaxınlarda film haqqında “qürur duyduğum bir işdir” fikrini söyləyib.
“Evdə tək” filmi xüsusilə Yeni il bayramı ərəfəsində yayımlanır.
Hazırladı: Günel MUSEYİB