Evlərdən kombi aparatları oğurlayan şəxslər saxlanıldıbackend

Evlərdən kombi aparatları oğurlayan şəxslər saxlanıldı

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən KONKRET.az-a verilən xəbərə görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Şağan qəsəbəsi ərazisində 4 evdən ümumilikdə 16000 manat dəyərində kombi aparatları, su qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qabil Nəsirov və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmar İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*