Göyçay rayonunda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb.
KONKRET.az xəbər verir ki, hadisə dekabrın 31-də olub.
1972-ci il təvəllüdlü Çayarxı kənd sakini baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və yanvarın 1-i saat 10 radələrində ölüb.
Araşdırmalarla S.Əhmədovun qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirib 2-ci mərtəbənin eyvanından yıxılaraq ölməsi müəyyən olunub. (yeni sabah)
