Xəbər verdiyimiz kimi, Neftçala rayonunda bədbəxt hadisə baş verib, iki qardaş yanğın nəticəsində həyatını itirib.
Hadisə rayonun Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Nəticədə Bayram Əzizov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Digər qardaş, 1995-ci il təvəllüdlü Babək Əzizov isə ağır yanıq xəsarətləri ilə Neftçala Rayon Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hər iki qardaş kənd qəbiristanlığında atalarının yanında dəfn edilib.
KONKRET.az qardaşların fotosunu təqdim edir: