Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saatlarında Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb.
KONKRET.az manset.az-a istinadən xəbər verir ki, sükan arxasında olan Ramal Vəliyev ata olacağı xəbərini aldıqdan sonra bu sevincli xəbəri dostları ilə birlikdə qeyd etməyə gedirmiş. Üç ildir övlad həsrəti çəkən çavuş bu xəbəri eşidər-eşitməz yaxın dostları ilə görüşüb, həmin gün yola çıxıblar.
Təəssüf ki, yol qəzası faciə ilə nəticələnib. Ramal Vəliyev və avtomobildə olan sərnişinlər — 1997-ci il təvəllüdlü Nəsibov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.
Qəzada həlak olan Rafət Nəsibovun ailəli olduğu, bir oğlan övladının olduğu bildirilir. Digər iki sərnişin isə subay olublar.
FOTODA RAMAL VƏLİYEV
Fotoda Rafət Nəsibov