Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan Kamal Mirzə oğlu Nəbiyevin ölümü ilə bağlı bəzi detallar məlum olub.
KONKRET.az xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, sözügedən ərazidə eyni vaxtda üç nəfər batıb:
“Burada çimirdik, gördük ki, o tərəfdə hadisə baş verib, adamlar çoxalıb. Yaxınlaşdıq, dedilər ki, üç nəfər batıb, ikisini çıxarıblar, biri hələ də sudadır. On beş-iyirmi dəqiqə axtarışlardan sonra onu da sudan çıxardılar”.
Qeyd edək ki, K.Nəbiyəv qadağan olunmuş ərazidə çimərkən batıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində: